525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İdlib şəhərində hərbi sursatların saxlandığı anbarda partlayış olması barədə məlumat vermişdik.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin bir neçəsi müdafiə nazirliyinin əməkdaşıdır.
Bundan başqa, xəstəxanaya çatdırılan yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerində xilasetmə işləri aparılır. Amma ara-sıra partlayışlar onların işinə çətinliklərlə yanaşı təhlükə də yaradır. Vətəndaş müharibəsindən qalma sursatın saxlandığı anbarda partlayışın səbəbləri barədə isə hələ də məlumat verilmir.
Qeyd edək ki, partlayış nəticədə 14 nəfər həyatını itirib, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
L.Tağıyeva