Suriyada silahlı qarşıdurma davam edir Yeni Çağ Media

29.11.2024

Icma.az, Yenicag saytına istinadən bildirir.

Suriya Ərəb Ordusu (SAA) Hələb şəhərinin şimalında və qərbində 20-dən çox yaşayış məntəqəsini ələ keçirmiş “Cəbhət ən-Nusra” ekstremist qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, hökumət qüvvələri Əl-Bakum şəhərini azad edib. Bundan əvvəl Suriyanın digər bölgələrindən də hərbi qüvvələr Hələbə gəlib. Noyabrın 27-də baş verən hücum zamanı “Cəbhət ən-Nusra” təşkilatının silahlıları və onlarla əlaqəli radikal qruplaşmalar Hələbdən 7-10 km təhlükəli məsafəyə yaxınlaşıblar.

Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada SAA-nın Hələb və İdlib əyalətlərində terrorçuların üsyanını yatırdığı, texnika və şəxsi heyətlə düşmənə ağır itkilər verdiyi bildirilib.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью