Suriyada silahlılar Hələb şəhərinin mərkəzinə daxil olmağa başlayıblar

29.11.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

"Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qrupunun yaraqlıları Hələb şəhərinin mərkəzinə çatıblar.

Sitat.info bu barədə "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunur ki, son iki gün ərzində Hələb və İdlibdə 56 yaşayış məntəqəsi "Həyat Təhrir əş-Şam"ın nəzarətinə keçib. Hücum nəticəsində Suriya ordusunun çoxlu sayda hərbçisinin öldürüldüyü bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью