Suriyada tarixi günlər yaşanır | Icma.az
Icma.az, Sonxeber.az saytına istinadən bildirir. Suriyada tarixi günlər yaşanır Suriyada tarixi günlər yaşanır.
27 noyabrda müxalifət qüvvələri tərəfindən başlanan əməliyyat Bəşər Əsədin hakimiyyətinə 12 gün ərzində son qoydu.
Müxalifət Dəməşqi sürətlə ələ keçirərək 61 illik Baas rejimini devirdiklərini açıqladı.
Bu hadisə ilə Əsədin rəhbərliyi sona çatdı və onun ailəsi ilə birlikdə Rusiyaya sığındığı deyilir.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyi Moskva hökumətinin Əsəd və ailəsinə sığınacaq təklif etdiyini yazıb.
Beləliklə, Bəşər Əsəd milyonlarla vətəndaşı ilə eyni taleyi yaşayaraq rəsmən qaçqına çevrilib.
Bölgədəki digər bir kritik inkişaf isə İsraildən gəldi. İsrail qüvvələri, 1973-cü ildən sonra ilk dəfə olaraq Suriya ərazisinə daxil oldu.
"The New York Times"ın məlumatına görə, İsrail hava qüvvələri Suriya dövlətinin hərbi obyektlərinə zərbələr endirib.
Tam oxu
Xəbəri oxu