Suriyada təhlükəsizlik qüvvələrinə hücum 3 nəfər öldürülüb

18.09.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriya Daxili Təhlükəsizlik Qüvvələri axtarışda olan şəxsin tutulması əməliyyatı zamanı şübhəlilərlə toqquşma yaşayıb.

525.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın cənubundakı Dəra əyalətinin Sənameyn şəhərində axtarışda olan şəxsin tutulması əməliyyatı zamanı təhlükəsizlik qüvvələri ilə şübhəlilər arasında toqquşma baş verib.

Toqquşmada üç təhlükəsizlik işçisi həlak olub, çoxlu sayda insan yaralanıb.

Hadisədən sonra Daxili Təhlükəsizlik Qüvvələri bölgədəki mövcudluğunu artırıb və hadisə ilə əlaqəli şəxslərin saxlanılması üçün genişmiqyaslı əməliyyata başlayıb.

Daxili Təhlükəsizlik Komandanlığı bölgədə asayiş tam bərpa olunana qədər Sənameyn şəhərində müvəqqəti komendant saatı tətbiq olunacağını açıqlayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью