Suriyada təhlükəsizlik qüvvələrinə hücum olub 1 ölü, 4 yaralı

18.11.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyanın Tartus əyalətində Daxili İşlər Nazirliyinə məxsus patrul qrupuna silahlı hücum təşkil edilib.

525.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hücum nəticəsində bir təhlükəsizlik işçisi həlak olub, dörd nəfər yaralanıb. Hücumdan sonra ərazidə təhlükəsizlik tədbirləri artırılıb və araşdırma gedir.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью