Suriyada təhsi pulsuz olacaq Yeni hakimiyyətdən HUMANİST QƏRAR

12.01.2025

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Prezident Bəşər Əsədin devrilməsindən sonra ölkəyə rəhbərlik edən Suriya hakimiyyəti respublikada təhsili pulsuz etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə keçid hökumətinin təhsil naziri Nazir əl-Qadiri "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

“Hökumət hər bir suriyalının haqqı olan təhsilin pulsuz olmasına sadiqdir. Biz Suriya xalqının istəklərinə cavab verən yeni təhsil layihəsi üzərində işləyirik”, - deyə ölkənin Təhsil Nazirliyinin rəhbəri bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 8-nə keçən gecə müxalif qruplar Dəməşqi ələ keçiriblər. Bunla da Suriya ordusunun komandanlığı Əsəd hakimiyyətinin sona çatdığını açıqlayıb .

Hüseyn İbadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью