Suriyada terror aktları planlaşdıran İŞİD yaraqlıları saxlanılıb

26.05.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın yeni hökumətinin formalaşdırdığı daxili təhlükəsizlik idarəsinin əməkdaşlarının Dəməşq vilayətində keçirdiyi əməliyyat zamanı "İslam dövləti" terror qruplaşmasının yaraqlıları saxlanılıb.

Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi öz "Telegram” kanalında məlumat yayıb.

Nazirliyin məlumatına görə, terrorçularda silah və sursat, həmçinin onların regionda sabitliyi pozmaq üçün istifadə etməyi planlaşdırdıqları partlayıcı qurğular aşkar edilib.

///report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью