Suriyada terrorçu qruplarla qarşıdurma başlayıb

20.11.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


PKK/YPG terror təşkilatı işğal olunmuş ərazilərdən Suriya ordusunun mövqelərinə hücum etdikdən sonra Raqqa əyalətinin Mədan rayonunda şiddətli toqquşmalar baş verib.
Reyting.az
bildirir ki, bu barədə Suriyanın rəsmi televiziya kanalı “Əl-İxbariyyə” məlumat yayıb.
Məlumata görə, Suriya Demokratik Qüvvələrini (SDG) müttəfiqi elan edən PKK/YPG Mədan rayonundakı Suriya ordusunun mövqelərinə hücum edib.
Hücumdan sonra baş verən şiddətli toqquşmalarda Suriya ordusu PKK/YPG mövqelərinə artilleriya atəşi ilə cavab verib.
Hücum nəticəsində Suriya ordusunun bir neçə əsgəri həlak olub.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью