Suriyada Türkiyə vətəndaşı general oldu

31.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Suriyada əcnəbi döyüşçülər ölkənin Silahlı Qüvvələrinin rəhbərliyinə cəlb edilib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın yeni lideri Əhməd əş-Şaranın fərmanı ilə Muxtar Türki kimi tanınan Türkiyə vətəndaşı Ömər Məhəmməd Çiftçi Suriya ordusunda briqada generalı rütbəsi alıb.

Qeyd edək ki, Ömər Məhəmməd Çiftçi “Nüsrə Cəbhəsi” dövründən Əhməd əl-Şara ilə birlikdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью