Suriyada Türkiyənin dəstəklədiyi ordu bu şəhəri aldı Təcili

01.12.2024

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gündür “Heyət Təhrir əş-Şam” qruplaşmasının hücumu və onlarla kəndi, o cümlədən İdlib və Hələbi nəzarətə götürməsinin ardından Türkiyənin aktiv şəkildə dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) hərəkətə keçib.

Ötən gündən PKK/YPG terror təşkilatına qarşı “Azadlıq Şəfəqi” adlı əməliyyata başlayan ASO bu gün ilk uğurunu qazanıb.

Teleqram kanallarında yayılan məlumata görə, ASO artıq Tel-Rifat şəhərinin mərkəzinə girib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью