Suriyada üsyançılar Hələbə daxil oldu

29.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Suriyalı üsyançılar ölkənin ikinci ən böyük şəhəri olan Hələbə daxil olub.

Publika.az Qərb mediasına istinadən xəbər verir ki, onlar iki minalanmış avtomobili partladıb və şəhərin qərb kənarında hökumət qüvvələri ilə toqquşmaya girib.

Məlumata görə, şəhərin qərbində yerləşən Hələb Cədid, Həmdaniyyə, Əl-Furkan, Yeni Hələb, Salah əd-Din kimi bir neçə bölgə artıq müxalifət qüvvələrinin nəzarətindədir.

Suriya mətbuatı isə hökumət qüvvələrinin İdlibdə və Hələbin ətrafında üsyançılar ələ keçirdikləri mövqelərə nəzarəti yenidən bərpa etdiklərini yazır.

Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri uzun sürən döyüşlər nəticəsində 2016-cı ildə Hələbdən sıxışdırılıb çıxarılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью