Suriyada VƏZİYYƏT GƏRGİNLƏŞİR Müxaliflər bu bölgələrə nəzarəti ələ KEÇİRDİLƏR Yeni Çağ Med…
Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq. Türkiyə dəstəkli Suriya Milli Ordusu (SMO) PKK/YPG-nin Tel-Rıfat-Münbiç xəttində koridor y
Yenicag.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, SMO qüvvələri Tel-Rıfatın şimal-qərb, şimal-şərq, şərq və cənub cəbhə xətlərində
Əməliyyat nəticəsində Tel-Rıfat və ətrafında təxminən 850 kvadrat kilometrlik ərazi nəzarət altına alınıb.
Suriya rejim qüvvələri isə müxalif silahlı qrupların başlatdığı əməliyyatlar nəticəsində Hələbətrafı əraziləri qısa müddətdə itirərək, PKK/YPG-dən dəstək tələb etmiş, bu vəziyyət isə PKK/YPG-yə ərazidə genişlənmək üçün fürsət yaratmışdı.
Rejim Fəratın şərqində PKK/YPG-nin nəzarətində olan əraziləri həmin qruplara təhvil verməyə başlamış və çox sayda ağır silah bölgəyə göndərilmişdi.
SMO əməliyyat çərçivəsində Kuveyris Hərbi Hava Bazasını nəzarət altına alaraq PKK/YPG-nin Tel-Rıfat-Münbiç xəttini kəsib.
Bundan əlavə, Türkiyəyə cəmi 13 kilometr məsafədə yerləşən strateji əhəmiyyətli Minnağ Hava Limanı da SMO tərəfindən ələ keçirilib.
Suriya mətbuatında yayılan xəbərlərə görə, Rusiya və Suriya ordusu İdlibə hava hücumlarını intensivləşdirib.
Tam oxu
Xəbəri oxu