Suriyada yaşayan 448 erməniyə Ermənistan pasportu verilib

22.05.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan hökuməti Hələb və Dəməşqdə Ermənistan Respublikasının vətəndaşı pasportunu almış şəxslərə görə dövlət rüsumunun ödənilməsi üçün 27 milyon 160 min dramın ayrılması barədə qərar qəbul edib.

Modern.az xəbər verir ki, Ermənistan KİV-nin məlumatına görə, bu ilin birinci rübü ərzində xarici ölkələrdə etibarlı olan 448 pasport heç bir dövlət rüsumu alınmadan verilib.
Ermənistan Respublikasının Dəməşqdəki səfirliyi 205 və Hələbdəki Baş Konsulluğu 243 nəfərə pasport verib. Onlar Ermənistan vətəndaşlığını qəbul etmiş və ilk dəfə Ermənistan pasportu almaq üçün müraciət etmiş erməni əsilli xarici vətəndaşlardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью