Suriyada yeni administrasiyaya sadiq qüvvələrə pusqu: 14 nəfər ölüb | Icma.az
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyanın Tartus vilayətində devrilmiş rejimin ünsürləri yeni administrasiyanın təhlükəsizlik qüvvələrini pusquya salıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, pusquda 14 nəfər ölüb, 10 nəfər yaralanıb.
Belə ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-ya verdiyi açıqlamada yeni administrasiyanın daxili işlər naziri Məhəmməd Əbdürrəhman devrilmiş Bəşər Əsəd rejiminin ünsürlərinin Tartusda Daxili İşlər Nazirliyinə bağlı qüvvələrə pusqu qurduğunu bildirib.
Orxan Saffari Gununsesi.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu