Suriyada yeni baş nazir təyin edildi

10.12.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Suriyada müvəqqəti hökumətə yeni rəhbər təyin edilib.

Modern.az-ın məlumatına görə, sözügedən vəzifəyə “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin müttəfiqi Məhəmməd əl-Bəşir gətirilib.

O, keçid hökumətinin prioritetlərinin “təhlükəsizlik sektorunda nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi” olduğunu bildirib.

Məhəmməd əl-Bəşir İdlib əyalətini idarə edən Suriya Xilas Hökuməti adlanan quruma rəhbərlik edib.

“Bizə 2025-ci il martın 1-dək Suriya hökumətinin işlərini idarə etmək tapşırılıb”, – Məhəmməd əl-Bəşir müraciətində bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью