Icma.az, Bizim media portalına istinadən məlumat verir. Suriyadakı mənbələrin bildirdiyinə görə, ölkədə mühüm dəyişikliklər baş verir.Bizim.
Silahlı qrupların ləğv olunaraq vahid orduya birləşdirilməsi planlaşdırılır.
Bu təşəbbüs ölkədə mövcud olan silahlı qruplaşmaların tamamilə aradan qaldırılması və nizamlı ordu qurulması məqsədini güdür.
Yeni Suriya rəhbərliyi Türkiyə ilə müdafiə ittifaqı qurub. Bu çərçivədə Türk Silahlı Qüvvələri İdlibdəki bütün hərbi nöqtələrdən çıxacaq.
Bunun əvəzində Türkiyə Homs səhrası və Dəməşqin şimalında iki böyük hərbi baza quracaq.
Bu bazalarda İsrail hava hücumlarına qarşı xüsusi hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək.
Livan, İordaniya və İraq kimi region ölkələrindəki İslami hərəkatlar Suriyanın yeni rəhbərliyi ilə əlaqə qurmağa başlayıb.
Bu ölkələrdə hakimiyyət dairələri Suriyada baş verənlərin öz ölkələrinə yayılmasından narahatdır.Mənbələr bildirir ki, İsrailin Suriyadakı hərəkətləri mediada göstərildiyi qədər irəliləməyib.