Suriyada yeni dövr ölkədə yaşayan kürdlərə vətəndaşlıq veriləcək

29.01.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Suriya Daxili İşlər Nazirliyi prezident Əhməd Şaaranın 13 saylı fərmanını həyata keçirir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, fərmana əsasən, 1962-ci il siyahıyaalınmasından bu yana qeydiyyatı olmayan minlərlə kürdlərə tam bərabərlik hüququ ilə Suriya vətəndaşlığı verilir.

Suriya dövlət televiziyası “Əl-İxbariyyə”nin məlumatına görə, daxili işlər naziri Ənəs Xəttab kürdlərə vətəndaşlıq verilməsi ilə bağlı prezidentin fərmanının icrası ilə bağlı nazirliyin Baş İdarəsinə göstəriş göndərib. Direktivdə “Suriya vətəndaşlığı Suriyada yaşayan, o cümlədən qeydiyyatda olmayan kürd əsilli vətəndaşlara veriləcək” deyilir.

Nazirliyin bəyanatında həmçinin qeyd olunub ki, vətəndaşlığa verilən kürdlərin hüquq və öhdəliklər baxımından tam bərabərliyə malik olacağını nəzərdə tutan fərman çərçivəsində kürd əsilli şəxslər üçün bütün inzibati prosedurlar sürətləndirilməlidir.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью