Suriyada yeni hökümət Ukrayna ilə tərafdaşlıq barədə müzakirə apardı

30.12.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

"Suriya hökuməti Ukrayna ilə tərəfdaşlıq əlaqələri qurmaq istəyir"
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Suriyada yeni hökümətin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Dəməşqə səfəri zamanı deyib.
“Bizimlə Ukrayna arasında siyasi, iqtisadi və sosial səviyyələrdə strateji tərəfdaşlıqlar, eləcə də elmi tərəfdaşlıqlar olacaq”, - əl-Şibani bildirib.
Qeyd olunur ki, Sibiqa Ukraynadan Suriyaya taxıl tədarükü məsələsini hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əl-Şaraa ilə də müzakirə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью