Suriyada yeni hökumətin tərkibinə kimlər daxildir? Əhməd əş Şara açıqlayacaq

30.03.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Suriyanın yeni keçid hökumətinə 22 nazir daxil olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Hökumətin tərkibini yaxın saatlarda respublikanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa açıqlayacaq. Məlumata görə, daxili işlər, xarici işlər və müdafiə nazirləri əvvəlki kabinetdə olduğu kimi postlarında qalacaqlar.

Keçid hökumətinə rəhbərliyi birbaşa əl-Şəraa edəcək. 13 martda qəbul edilmiş konstitusiya bəyannaməsinə əsasən, bütün icraedici hakimiyyət səlahiyyətləri onun əlində cəmlənib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью