Suriyada yeni konstitusiya hazırlanır

11.12.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyada vəzifəsi ölkənin əsas qanunlarına dəyişiklik etmək olacaq konstitusiya komitəsi yaradılacaq.

Modern.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına Suriya müxalifətinin siyasi departamentinin nümayəndəsi məlumat verib.

“Əvvəllər qəbul edilmiş konstitusiyaya yenidən baxılması və ona əlavə və dəyişikliklərin edilməsi üçün konstitusiya komitəsi yaradılacaq. Yeni Suriya ədalətə və qanuna əsaslanacaq, bədnam həbsxanalara yer qalmayacaq”, - deyə departamentin nümayəndəsi qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью