Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. "Suriyada yeni savaş qaçılmazdır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu Suriyanın yeni hökumətinin PKK-nın qolu olan PYD və YPG qruplaşmalarından silahı yerə qoymağı tələb etməsini şərh edərkən deyib.
"Bəşər Əsədin süqutundan sonra yeni Suriya hakimiyyəti zaman-zaman solçu qüvvələrdən, xüsusən də PKK-nın Suriya qolu YPG və PYD-dən və druzlardan silahı yerə qoymağı tələb edib.
Bu müddət ərzində druzlar və YPG ilə PYD-dən başqa hər kəs silahı yerə qoydu.
Bu isə tərəflər arasında zaman-zaman insidentlərin yaşanmasına səbəb olur.
Dünən və bu gün səhər saatlarında belə insidentlərin şahidi olduq", deyə Rufiz Hafizoğlu bildirib.
Həmsöhbətimiz qeyd edir ki, yeni Suriya hakimiyyətinin gələcəyi sözün əsl mənasında məhz hazırda kürdlərin nəzarətində olan ərazilərin boşaldılmasından asılıdır: "Həmin ərazilər neft, kənd təsərrüfatı amili və təhlükəsizlik baxımından Suriyanın gələcəyi üçün çox önəmlidir.
Digər tərəfdən, bu bölgələrin YPG, PYD, druzların nəzarətində qalması əslində Suriyanın unitar dövlət strukturuna ciddi zərər vuracaq.