Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyada devrilmiş prezident Bəşər Əsədə bağlı silahlı qruplar və hökumət qüvvələri arasında toqquşma başlayıb.
Toqquşmaya səbəb Əsədə bağlı silahlıların Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşları və maşınlarını hədəf almasıdır.
Nəticədə bir çox əyalətdə Suriyada bu cür hadisənin yaranacağı Əsədin devrildiyi ilk gündən gözlənilən idi.
13 illik vətəndaş müharibəsi nəticəsində müxalifətə qarşı hökumət tərəfindən təkcə nizami ordu deyil, həm də müxtəlif müxtəlif qanunsuz silahlı dəstələr vuruşurdu.
Hakimiyyət dəyişikliyindən sonra bu qruplar çətin reylefi olan ərazilərə çəkilərək yeni hökumətə üsyan üçün hazırlağa başladılar.
Suriyada qalxmasında əsasən 3 qüvvə daha maraqlı görünür. Birincisi şübhəsiz ki, Əsəd ailəsidir.
Onların əsas niyyəti yeni hökumətə öz güclərini göstərmək və Suriyanın idarə edilməsində müəyyən qədər söz sahibi olmaqdır.