Suriyada yüksək vəzifə verilən türkmən GENERAL FOTO | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. Suriyada türkmən mənşəli generala yüksək vəzifə verilib.
Modern.az-ın məlumatına görə, Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusunun məşhur generalı Fehim İsa Suriya müdafiə nazirinin müavini, eyni zamanda Şimali Regionun Komandanı vəzifəsinə təyin olunub.
Fehim İsa Suriyanın strateji əhəmiyyət daşıyan şimal bölgəsinin təhlükəsizliyindən məsul olacaq.
Türkmən əsilli generalın qərargahının Hələb şəhərində yerləşəcəyi bildirilir.
General Fehim İsa Suriya türkmənlərinin tanınmış hərbi liderlərindən biridir.
O, Suriya Milli Ordusunun önəmli bir hissəsini təşkil edən Sultan Murad Diviziyasına rəhbərlik edib.
Siyasi dairələrdə, xüsusilə də Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə yaxınlığı ilə tanınır.
Mətbuat onun daha əvvəl Bağçalıya etdiyi rəsmi ziyarətlə gündəmə gəldiyini xatırladır.
Tam oxu
Xəbəri oxu