Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi hakimiyyətin məğlubiyyəti ilə başa çatdı.
Prezident Bəşər Əsədin rəhbərlik etdiyi qüvvələr hakimiyyətdən uzaqlaşdırıldı, onun özü Rusiyaya qaçdı.
Vətəndaş müharibəsi zamanı Azərbaycandan da Suriyaya gedənlər olub. Onların bir hissəsi ölkəyə gətirilib.
Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov azərbaycanlıların Suriyadan gətirilməsi prosedurlarından danışıb.
O qeyd edib ki, Suriyda Vətəndaş müharibəsi zamanı müəyyən sayda Azərbaycan vətəndaşları müharibəniin getdiyi ərazilərdə olublar.
"Onlar bu ölkəyə müxtəlif kanallar vasitəsilə gediblər. Ora gedən vətəndaşlarımızdan bəzilərinin müharibə zamanı hətta əsir də düşmüşdülər.
XİN-in məlumatlarına görə, vaxtaşırı, repatriasiya olunan Azərbaycan vətəndaşları ilə bağlı məlumatlar verilir.