Suriyadakı eskalasiyada “Ukrayna izi” var Zaxarova | Icma.az
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyadakı eskalasiyada açıq şəkildə “Ukrayna izi” var, Rusiya bu hücumu qəti şəkildə pisləyir.Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Diplomat qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanlarının terrorçularla qarşılıqlı əlaqəsi barədə məlumatlar daxil olur:“Kiyev onlara pilotsuz təyyarələr ötürür və bu silah növündən istifadə təcrübəsini bölüşür”.Zaxarova deyib ki, Suriyanın çimal-qərbində hökumət qüvvələrinə hücum edən və Hələb şəhərinə nəzarəti ələ keçirən “Heyət Təhrir əl-Şam” (HTŞ) qruplaşmasına xarici qüvvələrin təhrikləri və tam dəstəyi olmasaydı, belə bir cəsarətli hərəkətə qərar verməzdi.
Xatırlaadq ki, “Heyət Təhrir əl-Şam” (HTŞ) müxalif silahlı qruplaşma Suriyanın ikinci ən böyük şəhəri olan Hələbə nəzarəti ələ keçirməklə dünyanın diqqətini bölgəyə çəkib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu