Suriyadakı gərginlikdə “Ukrayna izi”... Zaxarova | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyadakı eskalasiyada açıq şəkildə Ukrayna izi var, Rusiya bu hücumu qətiyyətlə pisləyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən tanınan terrorçuların ön sıralarda yer aldığı bu hücumu qətiyyətlə pisləyirik.
Qeyd edək ki, əcnəbi döyüşçülər, o cümlədən postsovet məkanından gələnlər arasında açıq-aşkar Ukrayna izi var idi”, - o bildirib.
Diplomat qeyd edib ki, Kiyevin xüsusi xidmət orqanlarının terrorçularla qarşılıqlı əlaqəsi barədə məlumatlar daxil olur: “Kiyev onlara dronlar ötürür və bu tip silahlardan istifadə təcrübəsini bölüşür.
Bu, Kiyev rejiminin cinayətkarlıq təcrübəsini tətbiq edəcəyi ilk və sonuncu region deyil.
Bundan əvvəl Afrika ölkələri var idi, indi Suriyadan danışırıq.
Tam oxu
Xəbəri oxu