Suriyadakı hadisələrlə bağlı İraq sərhədləri tamamilə bağlanıb

01.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İraq administrasiyası Suriyadakı hadisələrin ardınca ölkə sərhədlərinin tamamilə bağlandığını bildirib.

APA xəbər verir ki, qərar Suriyada müxaliflərin Hələb və İdlib şəhərlərindən sonra Əsəd rejimi qüvvələrinin nəzarətində olan Hama şəhərinə də daxil olmasından, Dəməşqdə Əsədə qarşı çevriliş olduğu iddialarının mətbuata çıxmasından sonra qəbul olunub.

İraqın Birgə Əməliyyatlar Komandanının müavini general-leytenant Qeys əl-Məhəmmədavi İraqın İNA xəbər agentliyinə verdiyi açıqlamada ölkə sərhədlərinin tamamilə bağlandığını bildirib.

İraq Sərhəd Qüvvələrinin komandanı general Məhəmməd Əbdülvahab əl-Sueydi isə İraq-Suriya sərhədində gücləndirilmiş iş rejiminə keçildiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью