Suriyadakı həbsxanadan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR! Məhbuslar... FOTOLAR

15.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Suriyada dekabrın 8-də “Baas”ın süqutu ilə rejim həbsxanalarında saxlanılan minlərlə insan azadlığa buraxılıb. 

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, paytaxt Dəməşqdəki Mezze Hərbi Həbsxanasındakı qeyri-insani şəraitdə olan bölmələr görüntülənib.

Görüntülərdə devrilmiş Əsəd rejiminin hərbi kəşfiyyat bölməsinin idarə etdiyi həbsxanada məhkumların divarlara şeirlər yazması, şəkil və təqvimlər çəkməkləri diqqət çəkib.

Qeyri-insani şəraitin olduğu görünən həbsxanada aralarında qadınların da olduğu təxminən 700 nəfərin saxlandığı bildirilir.

Həbsxanada bir nəfərlik kameralarda 6 və ya 8 məhbusun, təxminən 10 nəfərlik kameralarda isə 80 nəfərin saxlandığı məlum olub./Qafqazinfo

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью