Suriyadakı müxalifət qrupları Hələbin mərkəzinə daxil olublar AzPolitika onlayn siyasiictimai qəzet

30.11.2024

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyadakı müxalifət qruplar Hələb şəhərinin mərkəzinə daxil olub.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd olunub ki, Hələbin hava limanı uçuşlar üçün bağlanıb. Şəhərdə isə ordu ilə hökümət əlehdarları arasında atışmalar davam edir.

Artıq Hələb şəhərinin Baş Polis İdarəsinin yerləşdiyi inzibati bina müxalif qüvvələri tərəfindən ələ keçirilib. Bu barədə sosial şəbəkələrdə görüntülər yayımlanıb.

“Reuters” isə mənbələrə istinadən bildirib ki, Suriya ordusu Hələb şəhərinə daxil olan və çıxan əsas yolları bağlayıb. Yoxlanış məntəqələrindən yalnız hərbi qulluqçular keçə biləcək.

“The New York Times”də dərc edilən məqalədə deyilir ki, “Hayat Təhrir əl-Şam” qrupu Suriya hökumət qüvvələrinin müqaviməti ilə qarşılaşmadan Hələbin yarıdan çoxunu bir neçə saat ərzində nəzarətə götürüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью