Suriyadakı qan bu şərtlərlə DAYANDIRILACAQ: “Rejimin zəifliyi…” Yeni Çağ Media | Icma.az
Yenicag saytına istinadən Icma.az xəbər verir. “Burada əsas hərəkətverici qüvvələr Əsəd rejiminə müxalif olan qruplardır.
Bu qruplardan biri “Həyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasıdır.
Digəri isə əvvəllər Azad Suriya Ordusu adlanan, indi isə Milli Suriya Ordusu olaraq tanınan qüvvədir.
Bu ordu qardaş Türkiyənin dəstəyi ilə təşkilatlanmış və nizamlı bir hərbi gücə çevrilmişdir.
Türkiyənin də iştirakı ilə bu ordunun tərkibində böyük bir əməliyyat başlayıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.
Analitik Suriyada cərəyan edən hadisələrdən söz açaraq, regional güclərin bölgə ilə bağlı planlarını analiz edib. N.
Miri əlavə edib ki, uzun müddət Suriya cəbhəsində müharibə səngimiş kimi görünsə də, bu, müxalif qüvvələrin rejimin zülmü qarşısında təslim olacağı anlamına gəlmirdi: “Əksinə, rejimin zəifliyi və əlverişli geosiyasi şərtlər, xüsusilə Rusiyanın Ukrayna bataqlığında çətin vəziyyətdə olması müxalif qüvvələrə geniş hərəkət imkanları yaratdı.
Tam oxu
Xəbəri oxu