Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Son günlər Suriyada gərginlik pik həddə çatıb.
İsrail paytaxt Dəməşqdə Baş Qərargaha və digər hərbi obyektlərə hava zərbələri endirib.
Rəsmi Tel-Əviv bu zərbələri “Druz icmasına dəstək” adı ilə əsaslandırır.
Suriyada vəziyyətin yenidən gərginləşməsinin səbəbi nədir?Siyasi şərhçi Elçin Xalidbəyli Bakupost.az -a bildirib ki, ABŞ-nin dəstəyi ilə İsrail Yaxın Şərqdə yeni düzən qurmağa çalışır.
Suriyanın sabitləşməsi isə bu planlara uyğun gəlmir:"İsrailin Suriya ilə münasibətlərində hərbi gərginliyin yaranması təbii ki, onun regionda dominant dövlət olmaq niyyətindən qaynaqlanır.
Hazırda Yaxın Şərq regionu yenidən dizayn olunur. Bu yeni dizaynda Yaxın Şərqin əhatə dairəsinin genişləndiriləcəyi gözlənilir.
Üstəlik bu prosesdə İsrailin daha güclü mövqelər qazanmasına cəhd göstərilir.Təbii ki, bu prosesin arxasında əsasən ABŞ dayanır.
ABŞ Yaxın Şərqin yenidən dizayn olunaraq İsrailin ön plana çıxarılması strategiyasının əsas ssenari müəllifidir.