Suriyadakı rusların təhlükəsizliyini təmin etmək üçün danışıqlar aparırıq Narışkin

09.12.2024

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Xarici Kəşfiyyat Xidmətinin direktoru respublikada Rusiya vətəndaşlarının təhlükəsizliyini əsas vəzifə adlandırıb.

Turkustan.az xəbər verir ki, Rusiya Suriyadakı rusların, səfirlik işçilərinin və digər missiyaların təhlükəsizliyini təmin etmək üçün danışıqlar aparır; Bu barədə jurnalistlərə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin məlumat verib.
“Əlbəttə, biz ilk növbədə vətəndaşlarımızın, səfirlik əməkdaşlarının və ölkəmizin digər missiyalarının təhlükəsizliyi ilə bağlı danışıqlar aparırıq"-deyə, o, suriyadakı vəziyyət ilə bağlı sualı cavablandırdı.
Bildirək ki, Kremldəki mənbə Bəşər Əsədin və onun ailə üzvlərinin Moskvaya gəldiyini bildirib. Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью