Suriyadakı son durum: Arakçı Dohada səfərdədir

07.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

İranın xarici işlər naziri Abbas Arakçı Suriyadakı vəziyyəti müzakirə etmək məqsədi ilə Qətərin paytaxtı Dohada səfərdədir.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, Doha forumunda A.Araqçı ilə yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl Türkiyə, Rusiya və İran Suriya məsələsi ilə bağlı Qazaxıstanın Astana şəhərində görüşlər keçirib və fəaliyyətlərini uzlaşdırmaq üçün razılaşma əldə etmişdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью