Suriyadakı toqquşmalarda 1383 mülki vətəndaş ölüb

12.03.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumət qüvvələri ilə üsyançılar arasında hərbi əməliyyatlar nəticəsində 1383 mülki vətəndaş ölüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Məlumata görə, ölənərin əksəriyyəti ələvi icmasına mənsub şəxslərdir.
Qeyd olunub ki, keçid hökumət qüvvələri sahilyanı ərazilərə nəzarəti bərpa edib və dağlarda keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını təqib edir.

Martın 6-dan bəri davam edən əməliyyat zamanı 250-dən çox radikal öldürülüb. Hökumət qüvvələri isə 231 döyüşçüsünü itirib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью