Suriyadan Azərbaycana gətirilən 6 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

23.10.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 6 nəfər Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Repatriasiya olunmuş şəxslərlə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.

Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью