Suriyadan BMT sülhməramlılarına yaşıl işıq

16.01.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriya hakimiyyəti BMT sülhməramlılarının Qolan təpələrindəki bufer zonasına yerləşdirilməsinə icazə verib. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə administrasiyasının rəhbəri Əhməd əl-Şaraa bildirib.

Suriyalı siyasətçinin fikrincə, indi İsrailin bufer zonada mövcudluğunu saxlamaq hüququ yoxdur, çünki orada İran milislərinin təhdid formasında olması bəhanəsi artıq mövcud deyil.

“Hər kəs İsrailin Suriyaya hücumunun səhv olduğu və ondan əvvəlki vəziyyətə qayıtmağın zəruriliyi ilə razılaşır”, - o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью