Suriyadan daha 5 Azərbaycan vətəndaşı geri göndərilib

16.01.2026

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyadan daha 5 nəfər Azərbaycan vətəndaşı (ana və 4 övladı) ölkəyə repatriasiya edilib.

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından Mia.az-a bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçiriblər.

Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.

Görüşdə repatriantlara Müvəkkilin mandatı, fəaliyyət istiqamətləri, ona müraciət imkanları, habelə hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью