Suriyadan gözlənilməz İran qərarı: Qadağan edildi

16.01.2025

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriya İsrail və İran vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Hava Yolları Şirkəti məlumat yayıb.

Türkiyə şirkəti bu qərara görə Suriyaya uçuşlarında İsrail və İran vətəndaşlarını daşımayacağını açıqlayıb.

Qərar THY-nin rəsmi saytında dərc olunub.

Qurumun baş direktoru Bilal Ekşi Suriyanın paytaxtı Dəməşqə uçuşların yanvarın 23-də başlayacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью