Suriyadan İrana XƏBƏRDARLIQ

25.12.2024

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Suriyanın keçid hökumətinin Xarici İşlər Nazirliyi İrana ölkənin daxili işlərinə qarışmamaqla bağlı xəbərdarlıq edib.

Manset.az xəbər verir ki, bu barədə XİN başçısı Əsəd Həsən əl-Şibani “X” hesabında yazıb.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və təhlükəsizliyinə hörmət etməlidir. Biz onlara xəbərdarlıq edirik ki, Suriyada xaos yaymasınlar və bəyanatlarının nəticələrinə görə məsuliyyət daşısınlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью