Suriyadan ölkəmizə repatriasiya edilmiş 23 nəfər müəssisəyə yerləşdirilib

13.06.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 nəfər vətəndaşımız Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu barədə Teleqraf-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.

Qeyd edilib ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью