Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Suriyada Rusiyanın hərbi bazalarının mövcudluğu məsələsi referendum yolu ilə həll olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Suriyanın keçid hökumətinin nümayəndəsi Məhəmməd Səbra deyib.
“Suriyanın ərazisində hər hansı qeyri-Suriya hərbi qüvvələrinin mövcudluğu keçid dövrü başa çatdıqdan sonra keçiriləcək referendumla müəyyən olunacaq. Referendumun nəticələri suriyalıların Rusiya və digər ölkələrə məxsus hərbi bazaların Suriyada yerləşməsinə razı olub-olmadıqlarını göstərəcək”, - siyasətçi belə söyləyib.