Icma.az bildirir, Cebheinfo portalına istinadən. Suriyada Əsəd rejiminin süqutundan sonra bütün gözlər Qəzzaya çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq yeni Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi girovların azad edilməsi ilə bağlı üstüörtülü təhdid edib.
Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Vitkoff bildirib ki, 20 yanvarda keçiriləcək andiçmə mərasimindən əvvəl Qəzzada girovlar azad edilməsə, andiçmə günü yaxşı gün olmayacaq.
Tramp bu yaxınlarda 20 yanvara qədər girovlar azad edilməsə, Yaxın Şərqi cəhənnəmə çevirməklə hədələmişdi.
İsrail mediası tərəflərin Qəzzada iki aylıq atəşkəs razılaşmasına yaxın olduğunu bildirib.
Qahirədə HƏMAS nümayəndə heyətinin Misir kəşfiyyatı ilə görüşdüyü bildirilib.
Razılaşma çərçivəsində ilk olaraq qadınların, xəstə və yaralı girovların azad ediləcəyi gözlənilir.
İsrail mediası atəşkəs razılaşmasına hazırlaşan HƏMAS-ın əlində olan bütün girovların siyahısını açıqladığını bildirib.