Suriyalı müxaliflər Deyr əzZoru PKK terrorçularından azad edib Xəbər saytı Son xəbərlər və Hadisələr

11.12.2024

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Suriyada noyabrın 27-də Bəşər Əsəd hökumətinə qarşı əməliyyata başlayan və 61 illik BƏƏS hakimiyyətini devirən suriyalı müxaliflərin irəliləyişi davam edir.

BAKU.WS xəbər verir ki, silahlı qruplar PKK/YPG terror təşkilatının nəzarətində olan Deyr əz-Zor şəhərini də azad etməyə müvəffəq olub.

Müxalif qüvvələr artıq şəhərdəki qubernatorluq binasından görüntülər paylaşıblar. Yerli əhali və müxalif əsgərlər Deyr əz-Zorun azad edilməsini bayram ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью