Suriyalı nazirdən Xameneyiyə CAVAB

25.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, Əl-Şibani sosial şəbəkələrdə yazıb: “İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”.

Xarici işlər naziri İranı Suriyada xaos yaymaqdan çəkinməyə və son bəyanatlara görə məsuliyyətə çağırıb.

Əl-Şibaninin mesajı bazar günü televiziya ilə çıxışında Suriya gənclərini "ölkədə qeyri-sabitliyi təşkil edənlərə qarşı qətiyyətlə dayanmağa" çağıran İran İslam Respublikasının lideri Ayətullah Əli Xameneyiyə cavabdır.

Dekabrın 8-də Suriyadakı silahlı müxalifət Dəməşqi tutduqlarını və keçid hakimiyyətlərini formalaşdırdıqlarını elan etdilər.

Ötən şənbə Suriyanın müvəqqəti hökuməti əl-Şibanini xarici işlər naziri təyin edib.

Xəzər
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью