Suriyalı nazirlər Rusiyaya getdi

23.12.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Suriyanın xarici işlər və müdafiə nazirləri danışıqlar aparmaq üçün Moskvaya səfər ediblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya KİV-i SANA agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Suriya nümayəndə heyətinə Əsəd əş-Şeybani və Murhaf Əbu Qəsradan əlavə, Baş Kəşfiyyat İdarəsinin əməkdaşları də daxildir.

Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, Dəməşq və Moskva ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edəcəklər.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Moskvada səfərdə olan suriyalı həmkarını qəbul edəcəyini söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью