Suriyalı podratçı dağılmış evin qalıqlarını təmizləyərkən 1 500 yaşlı abidə aşkarlayıb

10.06.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Suriyalı podratçı dağılmış evin qalıqlarını təmizləyərkən gözlənilmədən tarixi kəşf edib. O, Bizans dövrünə aid, 1 500 ildən artıq yaşı olan yeraltı dəfn kompleksinin qalıqlarına rast gəlib. Tarixi abidə Hələb və Dəməşq şəhərləri arasındakı yolda yerləşən Maarret-ən-Numan bölgəsində (İdlib vilayəti) aşkar edilib.

Bu barədə Oxu.Az mk.ru-ya istinadla məlumat verir.

Qazıntı zamanı iki ayrı dəfn kamerası və onların hər birində altı daş sarkofaq müəyyən edilib. Kompleksdə yerləşən sütunlardan birinin üzərində xaç simvolu aşkar edilib.

İdlibdəki Qədim Abidələrin Mühafizəsi İdarəsinin rəhbəri Həsən əl-İsmail bildirib ki, tapılan gil qablar və şüşə qalıqları da bu abidənin Bizans dövrünə aid olduğunu təsdiqləyir.

Qeyd edək ki, İdlib vilayətində 800-dən çox arxeoloji abidə yerləşir. İllərdir davam edən vətəndaş müharibəsi bu tarixi irsə ciddi zərər vurub.

Suriyalı podratçı dağılmış evin qalıqlarını təmizləyərkən 1 500 yaşlı abidə aşkarlayıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью