Suriyalı üsyançılar Rusiyanın PodletK1 radarını ələ keçiriblər

04.12.2024

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

...Suriyalı üsyançılar Əsəd rejiminin 25-ci xüsusi təyinatlı diviziyasının qərargahında Rusiyanın ən son alçaq hündürlükdəki radarı - Podlet-K1 (48Ya6-K1) ələ keçiriblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Podlet-K1 radarı S-400 hava hücumundan müdafiə sisteminin bir hissəsidir.

İddialara görə, radarın dəyəri 5 milyon dollardan çoxdur.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью