Suriyalılar Dəməşqə axın edir Anbaan GÖRÜNTÜLƏR

09.12.2024

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəşər Əsədin devrilməsindən sonra Suriyanın müxtəlif bölgələrində yaşayan insanlar Dəməşqə axın etməyə başlayıb.

Modern.az-ın məlumatına görə, regionlardan paytaxt Dəməşqə gedən yollarda sıxlıq yaranıb.

Suriyalılar Dəməşq daxil olmaqla bir çox şəhərlərdə Əsəd hakimiyyətinin devrilməsini qeyd ediblər.

8 dekabr tarixi Suriyada "Milli Bayram" elan edilib.

Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью