Suriyalılara dəstək proqramını genişləndirmək niyyətindəyik Hökumət rəsmisi

03.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

"Almaniya hakimiyyəti könüllü olaraq vətənlərinə qayıtmaq istəyən suriyalı qaçqınlara maliyyə dəstəyi proqramını genişləndirmək niyyətindədir".

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Lars Harmsen brifinqdə jurnalistlərə müsahibəsində bildirib.

“Əlbəttə, Suriyaya qayıtmaq istəyənlər var, biz bunu dəstəkləyirik. Gələcəkdə biz könüllü getmək istəyənlər üçün proqramı genişləndirmək istəyirik”, - deyə hökumət rəsmisi bildirib.

Xatırladaq ki, bu gün Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyaya səfər edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью